İcma rəhbəri: “Biz bundan sonra həyatımıza məcburi köçkün kimi son vermək istəmirik”backend

İcma rəhbəri: “Biz bundan sonra həyatımıza məcburi köçkün kimi son vermək istəmirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təcavüzkar Ermənistan indiyə qədər beynəlxalq təşkilatların saysız-hesabsız qərarlarını icra etmirdi”.

İnterpress.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

O bildirib ki, Azərbaycan artıq 30 ildir gözləyir və səbr edir: “Daha nə qədər gözləmək olar? ATƏT-in Minsk Qrupu həmsədrləri də bilsinlər ki, biz bundan sonra həyatımıza məcburi köçkün kimi son vermək istəmirik”.

 

İnterpress.az