Kanadanın Kalqari şəhərində soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçiriblər.
Aksiya Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin (ALACS) təşkilatçılığı ilə baş tutub. Yürüş şəhərin mərkəzində yerləşən Munisipal Plaza-dan başlayaraq 3-cü SW küçəsinə qədər davam edib. Aksiyaçılar geriyə olan məsafəni də yürüşlə qət ediblər.
Azərbaycan, Türkiyə, Kanada və İraq türkmənlərinin bayraqlarının dalğalandığı, “Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulsun!” şüarı yazılmış plakatların qaldırıldığı aksiya zamanı hərbi musiqi, Azərbaycanı dəstəkləyən və Ermənistanın təcavüzünü pisləyən şüarlar səsləndirilib.
Aksiya şəhər bələdiyyəsinin icazəsi ilə keçirilib.
ALACS-dan bildirilib ki, bütün torpaqlarımız erməni işğalından azad olunana qədər bu cür yürüşü hər bazar günü daha kütləvi şəkildə və medianın iştirakı ilə keçirmək niyyətindədirlər.
İnterpress.az