Bakıda arvad ərini xüsusi amansızlıqla öldürdü backend

Bakıda arvad ərini xüsusi amansızlıqla öldürdü 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakıda qətl törədilib.
İNTERPRESS.az-ın APA TV-yə istinadla məlumatına görə, paytaxtın Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvə qabını çırpıb. Nəticədə N.Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb.

Hadisəni törədən T.Vəliyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.