Rusiya FTX: Şimali Qafqazda 156 yaraqlı məhv edilibbackend

Rusiya FTX: Şimali Qafqazda 156 yaraqlı məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin iclasında bəyan edib.

Məlum olub ki, məhv edilmiş dəstə başçılarından 20 nəfər vaxtilə İŞİD-lə əməkdaşlıq etdiyini açıqlayıb. Rusiya xüsusi xidmət orqanları həmçinin İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 2,9 min vətəndaşın kimliyini müəyyən edə bilib.

A. Bortnikov onu da bildirib ki, hüquq-mühafizə orqanları ümumilikdə 30 terror aktının qarşını alıb, 770 quldur və onlara yardım edən şəxsləri həbs edib. Onun sözlərinə görə, nəticədə ölkədə terror xarakterli cinayətlərin sayını 2,5 dəfə azaltmaq mümkün olub.

Interpress.az