interpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda 34 İslam ölkəsinin terrora qarşı koalisiya meydana gətirib.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da nəşr olunan ortaq yazılı aşıqlamada, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) terrorla və silahlı terror təşkilatları ilə mübarizə və hədəfləriylə səbəblərini ortadan qaldırma mövzusundakı razılaşma maddələrindən irəli gələrək 34 İslam ölkəsinin koalisiya meydana gətirdiyi qeyd edilir.
Koalisiyaya qatılan ölkələrin ortaq açıqlamasında, koalisiyanın, şəkli, məzhəbi və adı nə olursa olsun, yer üzündə fitnə və fəsad törədən, insanları qorxudan və öldürən silahlı terror təşkilatlarına qarşı yaradıldığı ifadə edilir.
Koordinasiya vurğusu
Aşıqlamada, terrorla mübarizədə lazımi proqram və mexanizmlərin inkişaf etdirilməsi, beynəlxalq sülh və təhlükəsizliyin mühafizəsi üçün terrorla mübarizə mövzusunda əlaqədar ölkələrlə koordinasiya üçün uyğun düzənləmələrin edilməsi məsələsinə vurğu edilib.
Ortaq şərhdə, koalisiyaya qatılacaq ölkələr belə sıralandı:
\”Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Siralyon, Somali, Qabon, Qvineya, Fələstin, Komor Federal İslam Respublikası, Qatar, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv Respublikası, Maliyyə, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən. \”
Şərhdə ayrıca, İndoneziyanın da aralarında olduğu daha 10 ölkənin sözügedən koalisiyanı dəstəklədiyi və bu mövzuda lazımlı tədbirlər alacaqları bildirilir.
Koalisiyaya Türkiyənin də qatılıb qatılmayacağını Türk səlahiyyətliləri hələ təsdiqləməyib.
Səudiyyə Ərəbistanı Azərbaycanı da koalisiyaya dəvət edib.
Bu barədə Səudiyyə xarici işlər naziri Adel əl-Cubeyirlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında aparılmış telefon danışığı zamanı söhbət gedib.
Məlumatı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib. H.Hacıyev APA-ya açıqlamasında deyib ki, nazirlərin telefon danışığında Azərbaycanın “Terrorçuluğa qarşı islam dövlətlərinin koalisiyası”na qoşulması məsələsi müzakirə olunub.
XİN rəsmisi bildirib ki, Azərbaycan qanunlarına görə hansısa koalisiyada iştirak ölkədaxili prosedurların tələblərinə əsasən nəzərdən keçirilməlidir. H.Hacıyev hazırda bu məsələnin nəzərdən keçirildiyini deyib.
“Terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan terrorun istəniln formasını qəti şəkildə pisləyir”-o bildirib.
Xatırladaq ki, hazırda İŞİD-ə qarşı iki koalisiya döyüşür. Onlardan biri ABŞ-ın başçılıq etdiyi, bir neçə Qərb və ərəb ölkəsinin qoşulduğu koalisiyadır. Digər koalisiyaya isə Rusiya başçılıq edir, bu koalisiyanın passiv iştiraçıları İran və İraqdır. Azərbaycan da Rusiya döyüş təyyarələrinin Suriyaya uçması üçün hava dəhlizi verməklə bu koalisiyaya yardım etmiş olub.
İnterpress.az