Interpress.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə Diyarbəkir-Silvan magistralında baş verib. PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı maddə zirehli polis maşını keçən zaman uzaqdan idarə olunan pultla işə salınıb. Nəticədə maşında olan 5 polis əməkdaşı yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan ikisi dünyasını dəyişib. Digər 3 yaralının müalicəsi davam edir.
Interpress.az