“Qırmızı xətt keçilsə, Putinin cavab senarisi var…” – Lozanskibackend

“Qırmızı xətt keçilsə, Putinin cavab senarisi var…” – Lozanski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın NATO-ya girişinə yaşıl işıq yandırmaqla, ABŞ və Avropa liderləri çətin ki, Rusiyanı sınamaq arzusunda olsunlar.

bunu Moskvadakı Amerika Universitetinin prezidenti Eduard Lozanski deyib.

“Putinin sözləri onun Ostinin bəyanatını ciddi qəbul etməsiylə bağlı şübhə yaratmır. Əgər qırmızı xətt keçilsə, Putinin cavab fəaliyyətləri üçün dəqiq senarisi var. Biz onun ssenarisinin detallarını bilmirik, amma düşünmürəm ki, Bayden və əksər məsuliyyətli Avropa liderləri bunu aydınlaşdırmağa hazırdırlar. Xoşbəxtlikdən yekun qərarı Ostin yox, onlar verəcəklər” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ostin Kiyevdə ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyəcəyini deyib.    /axar.az/