Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana gedib.
nazir bu barədə Tvitter hesabında paylaşım edib.
“İqtisadi Əməkdaşlıq Təşkilatının sədrliyini qardaş Türkmənistana ötürürük.
İƏT Asiya və Avropa arasında körpü olmalıdır. İslamabad-Tehran-İstanbul dəhlizi buna ən gözəl nümunədir.
Zəngəzur dəhlizi də bölgənin iqtisadi baxımdan bütövləşməsinə töhfə verəcək”. (modern.az)