Bunu Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov deyib.
Onun sözlərinə görə, həkimlərin səylərinə baxmayaraq, komada olan diplomatı xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, macarıstanlı diplomatın idarə etdiyi “Volvo” markalı minik avtomobili “QAZ-53” markalı yük avtomobili ilə toqquşub. Diplomat ağır kəllə-beyin travması, döş qəfəsinin zədələnməsi və sümüklərinin qırılması diaqnozu ilə Ufa şəhər xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.
İnterpress.az