Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıbbackend

Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarın hündürlüyü Qubanın Qırız və Xınalıq kəndlərində 15 sm, Rükdə 8 sm, Quba şəhərində isə 1 sm-ə çatıb.

Qusar rayonunun Ləzə kəndinə 25 sm qalınlığında qar düşüb. Qubanın Qırız kəndində mənfi 12, Xınalıqda isə mənfi 10 dərəcəyə temperatur qeydə alınıb.

Quba 6 saylı Yol İstismar Sahəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, yollarda hər hansı problem yoxdur. Bütün istiqamətlərdə yollar avtomobillərin hərəkəti üçün açıqdır.

İnterpress.az