Yeni ilin ilk günü yollar buz bağlayacaqbackend

Yeni ilin ilk günü yollar buz bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni ilin ilk günü avtomobil yolları buz bağlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə -3-0 dərəcə şaxta, gündüz 0-3 isti, Bakıda gecə -1 dərəcəyədək şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Yanvarın 1-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə -5-1 dərəcə şaxta, gündüz -1 dərəcədən 4 dərəcəyədək isti, dağlarda gecə -10-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə -15 dərəcəyədək şaxta, gündüz -5-0 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraiti kəskin dəyişib. Dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti yanvarın 4-dək davam edəcək.

İnterpress.az