İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, toy mərasimi geniş ictimaiyyət üçün qapalı keçirilib.
Estoniyanın 62 yaşlı prezidenti Toomas Xendrik İlves ilə Latviya Müdafiə Nazirliyinin əməkdaşı 38 yaşlı İyeva Kuptsemişin nikah mərasimi Estoniyanın Xaliste qəsəbəsindəki kilsədə baş tutub.
Nikah mərasimində yalnız yaxın dostlar və qohumlar iştirak edib. Cəmi 40 nəfərin iştirak etdiyi nikah mərasimində İncildən çıxarışlar eston, latış və ingilis dillərində oxunub.
Nikah mərasiminin sonunda jurnalistlər də kilsəyə buraxılıblar.
Bu Estoniya prezidentinin sayca üçüncü evliliyidir. Onun ikinci xanımı Evelina İlves 2004-cü ildə bağlanmış nikahlarını rəsmən pozdular.
Qeyd edək ki, keçən il avqust ayında Estoniya prezidentinin xanımı Evelina İlvesin gənc oğlanla öpüşən yerdə şəkilləri yayılmışdı. Prezident bu xəyanəti bağışlamadı və ikinci nikahını da pozmalı oldu.
İnterpress.az