Almaniyada Vergilər İdarəsibackend

Almaniyada Vergilər İdarəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Mainz şəhərində yaşayan azərbaycanlı Yusif Abulov bu ölkədəki vergi sistemi haqqında yazıb.
İnterpress.az soydaşımızın Almaniyadakı vergi sistemi haqqında fikirlərini oxucularla bölüşür:
“Mən 11 ildir Almaniya – Mainzda dükan işlədirəm. Bu illər ərzində hər ay Vergilər İdarəsinə (Finansamt) ailəmizin aylıq məsrəfindən artıq qalan pulu vergi kimi ödəmişəm. Bu on ildə bir dəfə 2015-ci ilin aprelində Vergilər İdarəsindən məktub aldım. Məktubda may ayının 20-də dükanımı yoxlamağa gələcəklərini bildirirdilər. Bu 10 ildəki sənədləri qaydaya qoymaq, əyri-əskikləri düzəltmək lazım idi.
Həm də bu arada daha məcburi görüləcək başqa işlərim də var idi. Vergilər İdarəsinə məktubla müraciət elədim ki, bu yoxlamanı daha bir ay uzadasınız. İdarə məktubuma çox tez cavab yazdı ki, yoxlamanı iyunun 20-ə təyin edirlər. İki ay vaxt mənə çox yetərli oldu ki, bütün işlərimi görə biləm.
İyunun 20-də vergilər İdarəsindən bir nümayəndə gəldi. Mənimlə çox səmimi görüşdü, tanış oldu. Dükana bir 30 saniyə nəzər yetirdikdən sonra məndən 2006,2009,2011-ci illərin sənədlərini istədi. (Almaniyada aldığın bütün sənədləri – malların qaimələrini (Rechnunglarini) 15 il saxlamalısan.) Mən bu illərin əvvəlcədən hazırlanmış bütün sənədləri qovluqda (Mappen) təqdim elədim.
Adam sənədləri alıb getdi. Düz bir aydan sonra məni Vergilər İdarəsinə dəvət etdilər. Getdim, məni yoxlayan adamla üz-üzə oturdum. Adam durub kofe gətirdi, masaya başqa yeyəcəklər də qoydu. Çox səmimi danışdıq. Bəzi nöqsanlarımı mənə göstərdi. Bunları aradan qaldırmağımı tövsiyyə elədi. Almaniyada tətbiq olunan yeni qayda-qanunlarla, kassa sistəmi ilə məni tanış elədi. Görüşün sonunda o, mənə uğurlar arzuladı və biz ayrıldıq”.
Soydaşımızın maraqlı fikirlərini oxuduqca Almaniyanın bu günki inkişafının səbəbi bird aha bəlli olur: Azad iqtisadiyyat. Eyni zamanda bu iqtisadiyyata qol-qanad verən qərəsiz, rüşvətdən, korrupsiyadan kənar vergi sistemi.

Abuzər

İnterpress.az