Azərbaycanda zavodda partlayış, ölən varbackend

Azərbaycanda zavodda partlayış, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə zavodda partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən İnterpress-ə verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olub. Daxil olan məlumatda bildirilir ki, yanvarın 4-də təxminən, saat 10:30-da Balakən şəhərində “Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Hadisə nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.

Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.

İnterpress.az