Yerin altında nəhəng okean aşkarlandı – VİDEObackend

Yerin altında nəhəng okean aşkarlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, bu okean böyüklüyü ilə tədqiqatçıları heyrətləndirib.
Tədqiqatın müəllifi Alberta Universitetinin professoru Qrem Pirson deyib ki, okeanın ölçüləri o qədər böyükdür ki, bu hövzəni doldurmaq üçün Yer kürəsində mövcud olan bütün okeanların suyundan 3 dəfə artıq su yetər.
Bu qəribə tapıntı onu sübut edir ki, su Yer kürəsinin təkindən, torpağın alt qatından dövr edərək Yerin səthinə çıxıb. Bu isə öz növbəsində suyun Yerə milyon il öncə buz kometaları vasitəsilə gəldiyi nəzəriyyəsini inkar edir.
Aparılan çoxsaylı tədqiqatlardan sonra alimlər Yerin alt və üst mantiyaları arasında Yer səthindən təqribən 400-660 km arasındakı ərazidə böyük su hövzəsinin mövcud olduğunu bildirib.

İnterpress.az