Donald Trump müsəlmanları və İŞİD-ı hədələdi-VİDEObackend

Donald Trump müsəlmanları və İŞİD-ı hədələdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, namizəd kimi ilk televziya rolikini reklam etdirib. 30 saniyəlik reklamdakı çıxışında D.Trump müsəlmanların ABŞ-a girişinin müəyyən vaxta qədər qadağan olunması fikrini müdafiə edib.
ABŞ-ın San Bernardino şəhərində müsəlman ər-arvad Səyid Rizvan Fərruxun həyat yoldaşı Təşfin Maliklə birlikdə14 nəfərin ölümü ilə nəticələnən hücumunu xatırladan namizəd bu olayların arxasında dayanan gizli məqamlar açılmayana qədər müsəlmanların ABŞ-a girişinə qadağa qoyulmasını tələb edib.
Daha sonra o, İŞİD-la bağlı planlarını açıqlayıb: “İŞİD-ın baş kəsməsinə, can almasına səbəb neftdir. Nefti İŞİD-ın əlindən almaq gərəkdir”.
Amerikalılara yeni, daha güclü Amerika dövlətini vəd verən Donald Trump Meksikaya yumruğunu silkələyib.

Abuzər
İnterpress.az