Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbbackend

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra prosesdə zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı cinayət işinin ibtidai istintaqa qaytarılması, həmin vəsatətin təmin olunmayacağı təqdirdə Rasim Əliyevi müalicə edən həkimlərin prosesə çağırılıb dindirilməsi barədə vəsatətlər verib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra birinci vəsatətin təmin olunmadığı, ikinci vəsatətin isə baxılmamış saxlandığı elan olunub.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

İnterpress.az