Mətbuat xidməti: Pyotr Poroşenko 2016-cı ildə Azərbaycana səfər edəcəkbackend

Mətbuat xidməti: Pyotr Poroşenko 2016-cı ildə Azərbaycana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən bildirilib ki, səfərin tarixi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini 2015-ci il dekabrın əvvəlində Azərbaycanda səfərdə olub.

Ukrayna prezidenti administrasiyasının rəsmi saytında bildirilir ki, Ukrayna nümayəndə heyətinin dekabrın 2-də Azərbaycan prezidenti ilə görüşü zamanı Ukrayna-Azərbaycan hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı hazırlıq məsələləri müzakirə edilib.

Məlumatda o da qeyd olunur ki, Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri 2016-cı ilin birinci yarısına nəzərdə tutulur.

İnterpress.az