Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, vətəndaş Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirdiyi mal və nəqliyyat vasitələrini bəyan etmək üçün elektron gömrük xidmətlərinin bu bölməsindən istifadə etməklə vaxtına qənaət edəcək. Bunun üçün vətəndaş e-gov.az portalına daxil olaraq elektron xidmətlərin içərisindən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi \”Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə”ni seçib, gömrük bəyannaməsini doldurub, çap edib, sərhəddəki gömrük əməkdaşına təqdim etməlidir.
Gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili bu sahədə işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək.
İnterpress.az