”Məsələ qaldı bu 5 nəfərin üstündə” – VİDEObackend

”Məsələ qaldı bu 5 nəfərin üstündə” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə zalına Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin valideynləri və bir sıra jurnalistlər buraxılmayıb.

Proses zamanı Rasim Əliyevin vəkilləri işin ibtidai istintaqa qaytarılması, əlavə şahidlərin dindirilməsi və həkimlərin də məsuliyyətə cəlb olunması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə vəsatətləri təmin etməyib.

Təqsirləndirilən şəxslərdən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyev də həkimlərin məsuliyyətdən kənarda qalmamalı olduğunu bildirib.
Jurnalist Rasim Əliyevin ailəsi də futbolçu Cavid Hüseynovun işinin ayrıca icraata alınması, həkimlərin məsuliyyətdən kənarda qalmasını düzgün hesab etmir.
Döyüldükdən sonra xəstəxanada həyatını itirən jurnalistin ölümündə təqsirləndirilənlərin növbəti məhkəməsi yanvarın 12-nə təyin olunub.

Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin \”Xalqın Xəbəri\” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

İnterpress.az