Türkiyənin aviaşirkəti “Türk Hava Yolları” (THY) “Atatürk” hava limanında gözlənilən fırtına səbəbindən 2016-cı il 6-7 yanvar tarixlərdə həyata keçiriləcək 84 uçuşu ləğv edib. Bu barədə THY-nin rəsmi internet saytında məlumat yayılıb.
“İstanbul “Atatürk” hava limanında baş verməsi gözlənilən fırtına şiddətindəki cənub küləyi səbəbindən uçuş həcminin azaldılması istiqamətində daxili və xarici reyslə planlaşdırılan 84 uçuş həyata keçirilməyəcək.” – deyə saytın açıqlamasında bildirilir.
Sərnişinlər səyahətdən əvvəl qurumun internet saytına daxil olaraq ləğv edilən reyslər barədə məlumat əldə edə bilərlər.
Bu çərçivədə 07.01.2016-cı il tarixdə saat 08.15-də İstanbul “Atatürk” hava limanından Bakı Heydər Əliyev Beynəlxalq aeroportuna nəzərdə tutulan və 07.01.2016-cı il tarixdə saat 04.45-də Heydər Əliyev Beynəlxalq aeroportundan İstanbul “Atatürk” hava limanına nəzərdə tutulan reys ləğv olunub.
İnterpress.az