Paytaxtdakı yanğında ev sahibi dünyasını dəyişibbackend

Paytaxtdakı yanğında ev sahibi dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda 1933-cü il təvəllüdlü Bibixanım Məhəmmədrəhim qızı Rəhimovaya məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 55 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi B.M. Rəhimovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az