İŞİD “Cihat Üniversiteti”ndə əsirlərin edam edilməsi “elmi” ilə yanaşı daha qorxulu yollara əl atıb. İnterpress.az-ın İngiltərənin Sky News agentliyinə istinadən verdiyi xəbərə görə, universitetdə silah alimləri yüksək maaşla çalışır. Burada sərnişin təyyarələrini vuracaq silahlar hazırlanır. Səkkiz saatlıq təlim videosunu hazırlayan İŞİD təlimçisi Türkiyədən Avropaya getmək istəyrkən Suriya ordusunun əsgərləri tərəfindən ələ keçirilib. Videonu izləyən eksertlər bu çəkilişin kəşfiyyat xidmətləri üçün bir qızıl mədəni qədər qiymətli material olduğunu bildiriblər. Video çəklişi İŞİD-a kömək edən silah düzəldən alimlərin, Qərb dövlətlərinin “xarab, yararsız” hesab etdiyi raketlərdən yenisini düzəltdiyi ortaya çıxartdı. İndiyə qədər bir-çox terror təşkilatının sərnişin təyyarələrini və hərbi təyyarələri vurma qabliyyəti olan bu silahları ələ keçirdiyi haqqında deyilib. Lakin heç bir terror təşkilatı bu raketləri hərəkətə gətirəcək ucluqları əldə edə bilməyib.
Abuzər
İnterpress.az