Təllal bin Əbdüləziz İranın sahib olduğu əsgəri gücün Səudiyyə Ərəbistanına hansı təhlükələr törədəcəyinə dair açıqlama verib.
\”Müttəfiqlərimiz İranı hədələmək kimi riskə getməyəcəklərini bizə dedilər. Çünki, əgər onlar belə bir addım atsaydılar o zaman cəhənnəmin qapısını üzlərinə aça biləcəklərini bildirdilər. İran Yəmən deyil, əgər istəsə 24 saat ərzində Səudiyyənin təməlini və bütün əsgəri gücünü məhv edə bilər. Səudiyyənin müttəfiqləri Yəmən müharibəsində bizə xəyanət etdilər. Çünki, onlar yaxşı bilirlər ki, Yəmən bütün düşmənləri üçün qəbiristanlığa çeviriləcək. Yəmən müharibəsinə başlamaq çox böyük səhv idi. Biz hal-hazırda Yəmənlə bütün növ razılıqları imzalamağa razıyıq. Amma müharibə öncəsi razılaşma imzalamağa yaxın belə durmurduq. Səudiyyə müttəfiqləri vəfalı deyillər. Yəməni bombardman edən pilotlar icarəyə götürülüblər. Ərəbistan büdcəsinin böyük hissəsi onlara ayırılır. Bu pilotlar ABŞ, Misir, Hindistan və Pakistandan gətiriliblər. Hər uçuşa görə, pilotlar 7500 dollar vəsait alırlar. Müttəfiqlərimizin qurudan əməliyyatlar keçirməkdən imtina etdiklərini eşidən əsgərlərimiz, qorxudan müharibədən qaçdılar\”, – deyə kralın qardaşı Təllal bin Əbduləziz bildirib. (Deyerler.org)
İnterpress.az