Avstraliyanın kompyuter şəbəkəsi sıradan çıxıbbackend

Avstraliyanın kompyuter şəbəkəsi sıradan çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 8-də səhər saatlarında Avstraliya Meteorologiya Bürosunun kompyuter şəbəkəsi ciddi texniki nasazlıq səbəbindən sıradan çıxıb. Büronun nümayəndəsinin məlumatına görə, söhbət kompyuter şəbəkəsinin böyük problemindən gedir və texniki heyət altı saatdan çoxdur ki, onu aradan qaldırmağa çalışır.
Hazırda Avstraliya aeroportları hava şəraiti barədə informasiyadan məhrum olublar. Sidney aeroportu üçün isə bu, beş gün yağan yağışdan sonra günəşli hava şəraitinə görə ciddi problem təşkil etmir. (azertag)

İnterpress.az