Bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç keçirdiyi mətbuat konfransında APA-nın Türkiyə müxbirinin sualına cavabında deyib. “Türkiyə Azərbaycan vətəndaşlarına yeni viza rejimi tətbiq etməyəcək, həmçinin Azərbaycan vətəndaşlarının Türkiyədəki 1 aylıq yaşama müddətinə də məhdudiyyət gətirilməyəcək. Yəni, Azərbaycanla bağlı indiyə qədərki durumda heç bir dəyişiklik nəzərdə tutulmayıb” – deyə, o bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.
İnterpress.az