Bakıda siqaret dəhşətli hadisəyə səbəb oldu: ər və arvadı öldübackend

Bakıda siqaret dəhşətli hadisəyə səbəb oldu: ər və arvadı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Bakıda ər və arvadının ölümünə səbəb olan dəhşətli yanğının səbəbi məlum olub. Lent.az-ın məlumatına görə, gecə saatlarında Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsindəki binada yaşayan 1951-ci il təvəllüdlü Abbasov Mikayıl Həsən oğluna məxsus evdə baş verən yanğına siqaret səbəb olub. Belə ki, M.Abbasov yataq xəstəsi olduğundan əlindən düşən siqaret kötüyünü xalçanın üstündən götürməyə nail ola bilməyib. Nəticədə evin döşəməsində yanğın başlayıb və 11 kvadrat mer sahədə yanar konstruksiyalar, yataq dəsti və digər əşyalar yanıb. M.Abbasovun 65 yaşlı həyat yoldaşı Mikayılova Zoya Vladimirovna digər otaqda olduğundan o da olaydan gec xəbər tutub və tüstü bürümüş otaqda həyat yoldaşını xilas etmək istəyərkən boğularaq ölüb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

İnterpress.az