Bunu Masallıda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. O bildirib ki, istər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri qızdırma simptomudur. Ona görə də bütün sərhəd keçid məntəqələri uzun illərdən bəri lazımi termoqurğularla təchiz olunub.
Bütün bunlarla yanaşı, A. Əliyev məntəqələrə DGK-nin tərkibindəki həkim briqadalarının cəlb olunduğunu da söyləyib: “Biz daimi olaraq Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Yaxın vaxtlarda həmin qurumun təcrübəli həkimləri tərəfindən bizim tibb işçilərimiz üçün seminar-treninqlərin keçirilməsi nəzərdə tutulub”.
İnterpress.az