DİN-dən ittihamlara cavabbackend

DİN-dən ittihamlara cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzNews.az-a açıqlamasında bildirib ki, Solmaz Quliyevanın işdən haqsız yerə çıxarılması ilə bağlı səsləndirdiyi ittihamların heç bir əsası yoxdur: “Solmaz Quliyeva işlədiyi müddətdə dəfələrlə intizamsızlığa yol verdiyinə görə, ona İdarə rəhbərliyi tərəfindən vaxtaşırı xəbərdarlıqlar olunub, nizam intizama dəvət edilib. Lakin o, amma bundan heç bir nəticə çıxarmayıb, kollektiv arasında özünü qeyri-adekvat aparıb. Şərə, şantaja meylli adam olduğunu göstərib. Axırıncı dəfə də baş verən məsələ ilə bağlı nazirlik tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı onun təqsiri tam sübuta yetirilib. Həmin araşdırmanın da nəticəsinə uyğun olaraq o, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən uzaqlaşdırılıb. Amma o, bu qərarla razılaşmır”.

Orxan Mansurzadə Solmaz Quliyevanın şikayəti ilə baxılan məhkəmə proseslərinə də aydınlıq gətirib: “O, ölkənin ən yuxarı məhkəmə instansiyalarına belə əsassız xarakterli şikayətlər göndərib. Bütün məhkəmələrdə həmin şikayətlərin hamısına baxılıb. Amma məhkəmələrin hər biri onun şikayətini əsassız sayıb. Onun dediklərinin hamısı əsassızdır. O bildirib ki, guya, məhkəmənin onun işə bərpa olunması haqda qərar verib. Amma onun işə bərpa olunması bağlı heç bir məhkəmə qərarı yoxdur. Məhkəmələr hər dəfə onun şikayətləri əsasında verilən bütün iddiaları əsassız sayaraq rədd edib. Yalnız bir dəfə birinci instansiya məhkəməsində onun iddiaları qismən təmin olunub. Lakin əmin qərar da Apellasiya Məhkəməsi tərəfindən ləğv edilib. Solmaz Quliyeva isə bununla heç cür razılaşmaq istəmir. O, bu məsələ ilə bağlı danışarkən bütün faktları öz xeyrinə saxtalaşdırır. Ümumiyyətlə, onun bu barədə dedikləri tamamilə əsassızdır”.

Xatırladaq ki, Solmaz Quliyeva AzNews.az-a müraciət edərək Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin nəzdində fəaliyyət göstərən Xüsusi Həkim Komissiyasında çalışdığı işindən çıxarılan zaman hüquqlarının pozulduğunu və haqsız yerə ona Əmək Məcəlləsinin “70 c” maddəsinin tətbiq edildiyini bildirmişdi. Sabiq əməkdaş həmçinin bir neçə məhkəmənin onun haqqında dörd dəfə müsbət qərar verdiyini, hətta onun işə bərpa edilməsiylə bağlı qərar çıxardığını bildrimişdi.

İnterpress.az