O, Modern.az saytına göndərdiyi məktubda qeyd edir ki, ölkəmizin yaranmış böhranlı vəziyyətdən çıxması üçün hər kəs əlindən gələn köməyi etməlidir.
Özünün də böhran vəziyyətdən daha tez çıxmamız üçün ixtisasıma uyğun təkliflərim var.
Həmin təkliflərin əsas müddəaları aşağıdakılardır:
– İndiki dövr elmi idarə dövrüdür. İndi adicə bir toyuq hinini belə elmi əsaslanmadan tikdikdə ortaya xeyli problemlər çıxır. Ona görə də günbəgün mürəkkəbləşən cəmiyyətdəki problemləri elmin köməyi olmadan uğurlu, davamlı inkişaf qanunlarına uyğun həll etmək mümkün deyil;
– İndi hər gün müxtəlif mütəxəssislər, ziyalılar böhrandan çıxmaq üçün müxtəlif maraqlı təkliflər irəli sürürlər. Bu təkliflər sistemləşmədən, dərindən təhlil edilmədən istifadə olunarsa ortaya yeni problemlər çıxa bilər;
– Ölkənin, dövlətimizin möhkəmlənməsinə maraqlı olan intellektual potensialını hərəkətə gətirmək, bu əvəzsiz resursada optimal istifadə etmək lazımdır. Bunun üçün aşağıdakı işlər görülməlidir:
– Prezident Aparatı yanında müvəqqəti fəaliyyət göstərəcək Elmi Təhlil Mərkəzi yaradılmalıdır;
– Bu Mərkəzə ölkədəki siyasi mövqeyindən asılı olmayaraq ən qabaqcıl vətənpərvər iqtisadcılar, sosioloqlar, hüquqşunaslar, psixoloqlar, TV, Sosial şəbəkə mütəxəssisləri, siyasətşünaslar, dinşünaslar və s. cəlb olunmalı və onların səmərəli fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır;
– Həmin Mərkəzin fəaliyyəti əsasən aşağıdakılar olmalıdr: Bütün mütəxəssisləri fikrini, rəylərini müasir elmi metodlarla toplayaraq təhlil etmək; Lazım olduqda xarici ölkə mütəxəssisləri ilə birgə fikir mübadiləsi etmək;
Prezident Aparatı, Milli Məclis, Nazirlər Kabineti, hökumət və qeyri hökumət təşkilatlar üçün böhrandan çıxmaq yollarınpın təminatlı tövsiyyələr, Fəaliyyət proqramları hazırlamaq.
Bu sahədə xeyli təcrübəsi olan mütəxəssis olaraq belə bir Mərkəzin tez bir zamanda təşkilinə yaxından kömək edə bilərəm.
İnterpress.az