Azərbaycanlı milyarder erməni məsələsinə görə Narişkinə yazdı: “Vətəndaşlıqdan çıxaram…”backend

Azərbaycanlı milyarder erməni məsələsinə görə Narişkinə yazdı: “Vətəndaşlıqdan çıxaram…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktubun virtualaz.org saytının redaksiyasına göndərilmiş surətində deyilir ki, əgər bu qanun layihəsi qəbul edilsə Fərhad Əhəmədov Rusiya vətəndaşlığından çıxacaq.

Azərbaycanlı milyarder erməni məsələsinə görə Narişkinə yazdı: “Vətəndaşlıqdan çıxaram...”

Sergey Narışkin

Xəbər verildiyi kimi “erməni soyqırımı”nın inkarına görə məsuliyyət nəzərdə tutan qanun layihəsi ötən ilin noyabrında Dövlət Dumasına təqdim edilib. Sənədin müəllifi “Ədalətli Rusiya” fraksiyasıdır. Bu günlərdə məlum olub ki, Rusiyadakı azərbaycanlı diasporunun 30-a qədər tanınmış nümayəndəsi Narışkinə məktub göndərərək qanun layihəsinin müzakirəyə çıxarılmasından çəkinməyə çağırıb. Eyni zamanda məlum olub ki, Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının rəhbərləri həmin məktubu imzalayanlara təzyiq göstərib.

Azərbaycanlı milyarder erməni məsələsinə görə Narişkinə yazdı: “Vətəndaşlıqdan çıxaram...”

Narışkinə məktubunda Fərhad Əhəmədov yazır ki, 1995-ci ildə Duma “erməni soyqırımı”nı pisləyən qətnamə qəbul edib. İndi isə “soyqırımı” inkar edənlərə qarş məsuliyyət nəzərdə tutan qanun layihəsinin müəlliflərinin motivi ona aydın deyil. “Təəsüflə bildirirəm ki, əgər bu və ya digər səbəbdən həmin qanun layihəsi qəbul edilsə həyatımın 40 ilini verdiyim, o cümlədən 5 il Federasiya Şurasının üzvü kimi xidmət etdiyim Rusiyanın vətəndaşlığından imtina edəcəyəm”-məktubda deyilir.