Azərbaycan Ermənistandan geridə – Bloombergdən iqtisadi proqnozbackend

Azərbaycan Ermənistandan geridə – Bloombergdən iqtisadi proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazinfo” xəbər verir ki, analitiklərin proqnozlarına görə, 93 ölkə arasında bu il ən pis iqtisadiyyat neftlə zəngin Venesuelada olacaq, ümumi daxili məhsul 2016-cı ilin nəticələrinə görə 3,3 faiz azalacaq. İkinci yerdə Braziliya (ÜDM -2,5%), üçüncü yerdə Yunanıstandır.(ÜDM -1,8%). Rusiya da ən pis iqtisadi göstəriciləri olan ölkələr arasında – 5-ci yerdə qərarlaşıb.

2016-cı ildə aşağı iqtisadi göstəricilər Argentina (iqtisadi artım 0% ÜDM), Yaponiya (1%), Finlandiya (1%), həmçinin, İsveçrədə də (1,2%) qeydə alınıb.

Azərbaycan isə siyahıda Yeni Zelandiya, Lüksemburq, Birləşmiş Krallıq, Sinqapur, Almaniya, Kanada kimi ölkələri qabaqlayıb. Belə ki, 2016-cı il üzrə ümumi daxili məhsulun həcmi 2,4 faiz göstərilib. Ermənistan isə 2,5 %-lik göstərici ilə Birləşmiş Ştatlardan sonra gəlir.

Azərbaycan Ermənistandan geridə - Bloombergdən iqtisadi proqnoz

İnterpress.az