İnterpress.az haqqın.az-a istinadən bildirir ki, X.İmanovanın əri Fəxrəddin və oğlu Vüqar traktorçulardır. Onlar K-700 traktoru ilə yerli fermer təsərrüfatlarında günəmuzd işləyirlər.
Bu yaxınlarda V.İmanov traktora ehtiyat hissələr almaq üçün bankdan 3500 dollar və 3500 manat kredit götürmüşdü.
İki həftə sonra isə X.İmanova depressiyaya qapılıb, \”Kreditləri qaytara bilməyəcəyik\” deyib: \”Qışda traktorçular üçün iş yoxdur, nə edəcəyik?!\”
Yanvarın 1-də, səhər saat 6-da evdə hamı yatanda Xoşbəxt İmanova evi tərk edib və qayıtmayıb. 11 gündür ki, ondan heç bir xəbər yoxdur.
X.İmanovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına xəbər verilib.
Qonşular İmanovlar ailəsini çox sakit, səmimi, tərbiyəli insanlar kimi tanıdıqlarını deyiblər.
İnterpress.az