İnterpress.az Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.
Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.
TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.
İnterpress.az