Meksika futbolunda bədbəxt hadisə yaşanıb.
İnterpress.az myinforms.com-a istinadən xəbər verir ki, ölkənin cənubunda Kordoba şəhərində baş verən qəzada 20 futbolçu dünyasını dəyişib.
Adı açıqlanmayan klubun futbolçuları və azarkeşlərini daşıyan avtobus körpüdən çaya aşıb. Buna yüksək sürətlə hərəkət edən avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəticədə 20 futbolçu yerindəcə ölüb və 25 nəfər yaralanıb.
Meksika prezidenti Enrike Penya Nieto \”tvitter” sosial şəbəkəsindəki səhifəsində hadisədən məyus olduğunu yazıb və vəfat edənlərin yaxınlarına başsağlığı verib.
İnterpress.az