Almaniya Kəşfiyyat Agentliyi (BND) Səudiyyə Əərəbistanın müdafiə naziri, şahzadə Məhəmməd bin-Salmanı qimarbaz olduğunu aşkarlayıb.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BND şahzadəni bölgənin qumarbazı adlandırıb.
Almaniya kəşfiyyatının Səudiyyə Ərəbistanı ilə bağlı hazırladığı hesabatda 29 yaşlı müdafiə naziri “ərəb dünyasının qumbarbazı” kimi təqdim edilir.
“The Independent”in yayımladığı hesabatda Səudiyyə şahzadəsinin yerində olmayan adam kimi tənqid edirlər.
Qeyd edək ki, bütün bunlar şahzadə Məhəmməd bin-Salmanın “The Economist”ə verdiyi müsahibəsindən sonra baş verib.
O, müsahibəsində ölkəsi ilə ciddi gərginlik yaşayan İranla müharibəni bölgənin fəlakəti adlandırmışdı: “İranla müharibə etsək, bu iki ölkənin deyil, bütün bölgənin sonu olacaq. Odur ki, belə bir müharibənin başlanmasını qətiyyən istəmirik və buna yol vermərik”.
Abuzər Azəroğlu
İnterpress.az