İnterpress xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov həmçinin hər iki islam dövlətinin Azərbaycanla yaxın münasibətlərdə olduğunu söyləyib:
“İstər İran, istərsə də Səudiyyə Ərəbistan bizə yaxın olan ölkələrdir. Ona görə də dünyada gərginliyin artması fonunda əlavə gərginliyin artmasını arzulamazdıq. Buna görə də çox istərdik ki, tezliklə bu dövlətlər arasında danışıq aparılsın və o cümlədən diplomatik münasibətlər yoluna düşsün”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında şiə lideri şeyx Nimr ən-Nimrin edamından sonra Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlər gərginləşərək diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxarıb.
İnterpress.az