Bunu İndependent qəzeti yazır.
İsveş hesab edir ki, 6 saatlıq iş günü insanların əməyini daha məhsuldar, özlərini isə daha xoşbəxt edəcək.
İsveçin ikinci ən böyük şəhəri olan Gothenburgda Toyota mərkəzləri 6 saatlıq iş gününə 13 il əvvəl keçiblər. Şirkətin fikrincə, bu dövrdə mənfəət artıb, işçilər daha xoşbəxtdirlər.
İsveçdəki şirkətlərdən birinin rəhbəri olan Linus Feldt deyir ki, 8 saatlıq iş günü düşünüldüyü kimi səmərəli deyil.
Onun sözlərinə görə, “8 saat diqqətini bir işdə cəmləmək çətindir. Belə işdən sonra özəl həyatın problemlərini də yoluna qoymaq çətin olur.”
İnterpress.az