“İnterpress” xəbər verir ki, komandada olan futbolçular heyətdən bir-bir kənarlaşdırılır.
Dekabrda komandadan getmək istəyən, lakin Yunis Hüseynovun istəyi ilə çətinliklə klubda saxlanılan Orxan Sadıqlıyla da yolar ayrılıb.
Buna səbəb “ağ-yaşıllar”dakı maliyyə böhranıdır. Artıq komanda baxışa çağırdığı futbolçuları da geri göndərib.
Baş məşqçi Yunis Hüseynov komandanı Lənkəranda qoyub, Bakıya gələcək və rəhbərliklə danışacaq. Onun istefa verəcəyi də gözlənilir.
Hətta rəhbərlik bazada olan işçilərə “artıq klubda pul olmayacaq, özünüzə iş tapın” deyib. Buna FİFA-nın “Xəzər Lənkəran” haqqında verdiyi qərar da səbəb olub. Belə ki, ali futbol qurumu cənublulara 22 yanvara qədər bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanova olan borclarını ödəməyəcəyi halda İntizam Komitəsində məsələyə baxılacağı və yenidən transfer qadağası cəzası verilə biləcəyini deyib.
Cənub klubu \”Ulu öndər\” turnirinə qatılmaqdan da imtina edib.(qafqazinfo)
İnterpress.az