Əli Həsənov: ““Dövlətqaçqınkom” 40 milyon manata qənaət edəcək”backend

Əli Həsənov: ““Dövlətqaçqınkom” 40 milyon manata qənaət edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Baş nazirinin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov yanvarın 10-da Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında deyib.

Əli Həsənov bildirib ki, ölkə başçısının tapşırığı əsasında məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda ölkə başçısına təqdim ediləcək.

“Məlumat üçün bildirirəm ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib”,-deyə Əli Həsənov bildirib.(modern)

İnterpress.az