Belə bir şəraitdə Azərbaycanın televiziya kanalları hər gün müxtəlif təamların hazırlandığı mətbəx verilişlərləri ilə ac insanları “doyurmaq” üçün efirə çıxırlar.
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Modern.az saytına deyib ki, efirdə yayımlanan mətbəx verilişlərinin yayımı dayandırılmalıdır:
“Mən bunu sırf çətin iqtisadi vəziyyətə bağlamıram. Məsələ burasındadır ki, kimliyi bilinməyənlər hər gün çıxıb efirdə o qədər məhsulu zay edirlər. Çünki, aşpaz deyillər. Bişirdikləri isə insanların sağlamlığına zərər vurmaqdan başqa heç nəyə xidmət eləmir”.
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın məsələyə münasibəti kəskin olub. O qeyd edib ki, “Təmiz Dünya” təşkilatı televiziyalarda yayımlanan mətbəx verilişlərinin dayandırılmasını tələb edir:
“Çünki, bir çox ailələrdə uşaqlar həmin verilişlərdə hazırlanan yeməkləri valideynlərindən hazırlamağı xahiş edir. Valideyn isə bunu etmək iqtidarında deyil, uşağın qarşısında özünü günahkar sayır, onu döyməklə susdurmağa çalışır. Şahid oldğumuz məsələdir.Etməyin! Bu dönəmdə bu cür verilişləri dayandırın!”.
İnterpress.az