Gənc yazardan ürəkdağlayan müraciətbackend

Gənc yazardan ürəkdağlayan müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc yazar Ayxan Ayvaz facebook sosial səhifəsində müraciət paylaşıb. “Mənə mətbuatda iş yoxdur, yazıdan pul çıxmır. Evdə nə qardaşım, nə bacım işləyir, vəziyyət dözülməz dərəcədədir” deyən gənc ailəsinin ağır durumunu açıqlayıb.
İnterpress.az-ın verdiyi xəbərə görə, o, fiziki baxımdan zəif olduğunu və buna görə də ağır işlərdə çalışa bilmədiyini yazıb:
“Fiziki gücüm o qədər də yerində deyil, ağır işlərin altına girə bilmərəm. Lakin ofisiant, varlı evlərin qulluqçusu kimi bacımla bir yerdə işləyə bilərik. Evi yığışdıra, hətta sahibin uşaqlarına baxa bilərik. Bundan başqa gecələr qardaşımla yata bilmirik, varlı adamların obyektlərini qoruya bilərik, qarovulçu kimi. Maaş o qədər çox olmasa da olar, sadəcə normal dolanmağımıza çatsın. Acınacaqlı durum bizi buna məcbur edir. Hətta aclıq aksiyasını da düşünmüşük”.
Xatırladaq ki, Ayxan Ayvaz 2011-ci ildə dünyasını dəyişmiş yazıçı Eyvaz Əlləzoğlunun oğludur. Ailədə iki qardaş, bir bacıdırlar. Anaları da atalarının ölümündən bir-neçə gün sonra intihar etmişdi.

İnterpress.az