Türkiyədəki qarşıdurma ilə bağlı çıxış edən president Rəcəb Tayyib Ərdoğan amerikalı məşhur filosof və dilçi alim Nuam Çomiskini ölkəsinə dəvət edib.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, çıxışı zamanı ölkəsindəki kürdlərlə polisin qarşıdurmasına toxunub və bunu ölkədaxili deyil, bütün dünyanın problem kimi qiymətləndirib:
“Bu gün Türkiyənin də problem dünyanın onlarla ölkəsinin problemidir. Bu problemin bir adı var-terror. Türkiyədə baş verənlərin səbəbi kürd problem deyil. Gəlin özümüzü aldatmayaq. Gəlin, amerikalı filosof Nuam Çomiskini də Türkiyəyə dəvət edək. O, gəlib öz gözləri ilə görsün”.
Abuzər
İnterpress.az