Prezident İlham Əliyev Murad Nizami oğlu Nəcəfbəylinin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Məmməd Bahəddin oğlu Əhmədzadənin isə Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İnterpress.az