Bu gün səhər Siyəzən rayonunda xalq ayağa qalxıb. Saatlı, Ucar, Lənkəran, Cəlilabad, Füzuli, Ağcabədi və digər bölgələrlə yanaşı Siyəzəndə də xalq işsiziliyə, bahalaşmaya etiraz edir.
İnterpress.az-a hadisə yerindən verilən xəbərə görə, aksiyaçıların 30-dan çoxu saxlanılıb. Saxlanılanlar arasında həmçinin VHP Siyəzən rayon təşkilatının sədr müavini Etibar Qəniyev də saxlanılıb.
Aşağıda sizə təqdim etdiyimiz video isə dünən çəkilib. Artıq günlərdir, Siyəzəndə etiraz yürüşləri ara vermir.
İnterpress.az