*** *** ***
Bu dəqiqələrdə Fizuli rayonunun Dörd yol ərazisində etiraz aksiyası keçirilir.
Bu haqda “Basta”ya aksiya iştirakçılarından biri məlumat verib. Bahalaşmaya etiraz edən yerli sakinlər magistral yolu və buradakı bazarın girişini bağlayıblar. Qeyd edək ki, dünən Fizuli rayonu Böyük Bəhmənli kəndində bahalaşma əleyhinə aksiya keçirilib. Etirazçılar Bakı-Horadiz avtomobil yolunu kəsiblər. Sakinlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb şikayətlərini çatdırıblar.
Bu günki aksiyaya daha çox etirazçı qatılıb. Dinc aksiya davam edir, polis hələlik müdaxilə etməyib.
İnterpress.az