Bakı metrosunda intihar hadisəsi baş verib. Bizimyol.info xəbər verir ki, hadisə Əhmədli stansiyasında baş verib. Orta yaşlı kişi, özünü qatarın altına atıb. Şəxsin başı vaqonun şüşəsinə çırpılıb. Vətəndaşın həyatda olub-olmadığı dəqiq bilinmir. Stansiya işçiləri xüsusi texnikadan istifadə edərək onu vaqonun altından çıxarıblar. Ətraflı məlumat veriləcək.
İnterpress.az