Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olub. Müsavat başqanı bildirib ki, o BMCMİ-yə vəkil Nemət Kərimli ilə gedib. Orada qurumun rəisi Seyfulla Əzimovla görüşüb. BMCMİ-nin rəisi Arif Hacılıya bildirib ki, onlarda son günlər Siyəzəndə, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. Seyfullah Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib.
Arif Hacılı isə ona cavab olaraq bildirib ki, Müsavat Partiyası hələki kütləvi aksiyalar barədə qərar verməyib: “Bildirdim ki, Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcək”.(musavat)