Ağcabədidə müəllimlər maaşlarını niyə ala bilmir? 500-ə yaxın müəllim niyə diplomsuzdur?- İDDİAbackend

Ağcabədidə müəllimlər maaşlarını niyə ala bilmir? 500-ə yaxın müəllim niyə diplomsuzdur?- İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağcabədi rayonunda müəllimlərin 2 aydan çoxdur ki, maaşlarını ala bilmədiyi iddia olunur. Bu barədə İnterpress.az-ın redaksiyasına həmin rayonda işləyən müəllimlərdən biri xəbər verib. Hindax qəsəbəsində müəllim işləyən şikayətçinin sözlərinə görə rayonda heç bir müəllim maaşını ala bilmir və hər dəfə də fərqli bəhanələrlə əmək haqları yubadılır.

İddiaya görə, etiraz edən müəllimləri də test imtahanı və ixtisarla hədələyirlər. Müəllimin dediyinə görə rayonda çalışan 500-ə yaxın müəllimin diplomu da yoxdur. Rayon icra hakimiyyəti və təhsil şöbəsi işə götürərkən qanun pozuntularına yol veriblər. Diplomu olmayan və ixtisara salınacağından qorxan müəllimlər də maaşların gecikdirilməsinə səs çıxara bilmir.

Bundan əlavə iddia edilir ki, maaşların gecikdirilməsi rayon büdcəsinin talan olunması ilə bağlıdır.

Məsələ ilə bağlı Ağcabədi rayon təhsil şöbəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin cəhdimiz baş tutmadı. İddia ilə bağlı aidiyyatlı qurumların və cavabdeh şəxslərin mövqeyini yayımlamağa hazırıq

İnterpres.az