İnterpress.az xəbər verir ki, Təbrizdə nəşr olunan və Azərbaycan türklərinin yaşadığı bölglərdə yayılan dərgi MHP, Ülkü Ocaqları, Alpərən ocaqlarını Türkiyənin Qəhrəmanmaraş şəhərində baş verən hadisələrdə günahkar olduğunu bildirib. Böyük Birlik Partiyasının başqanı mərhum Möhsün Yazıçıoğlunu da təhqir edən jurnal Güney Azərbaycan Milli Hərəkatının da bu qurumlar tərəfindən dəstəkləndiyini bildirib.
“Tərhi-no” jurnalı “Hizbullah”ın Təbriz bölməsinin rəhbəri Ruhullah Becani tərəfindən dəstəklənir. Becani özünü Təbrizdə “pantürkizmin kabusu” adlandıraraq “Zamanı gəldiyində fitnəçilərin hamısını İranda yox edəcəyik” deyə vurğulayıb.
İnterpress.az